Menyu

Rusiya təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

Şəfa Hüseynli
Rusiya təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan "An-22" təyyarəsindəki bütün heyət üzvləri həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları hadisə ilə bağlı cinayət işi açıb. Cinayət işi uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı açılıb.

Hadisə sınaq uçuşu zamanı baş verib.

An-22 təyyarəsi İvanovo vilayətinin İvankovo ​​kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində yalnız heyət üzvləri olub.

14:26

Rusiya Müdafiə Nazirliyi An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Axtarış və xilasetmə qrupu hadisə yerinə yola düşüb.

İlkin ehtimala görə, təyyarədə olan 7 nəfərin hamısı ölüb.

13:47

Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub.

Xəsarət alanlar haqqında məlumat dəqiqləşdirilir.

An-22-nin təmirdən sonra adi sınaq uçuşu həyata keçirdiyi bildirilir.

Təyyarənin Rusiya Müdafiə Nazirliyinə məxsus olduğu qeyd edilib.

Əlaqəli Xəbərlər