İlham Əliyev və Robert Fitsonun görüşündə "Qurban olum Azərbaycan" mahnısı ifa edilib - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında Prezident İlham Əliyevin Slovakiyaya səfəri ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, payaşımda deyilir:
"Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı bu ölkənin Baş naziri Robert Fitsonun ev sahibliyi etdiyi qəbulda hərbi orkestr Slovakiyanın ənənəvi musiqi aləti olan simbalda "Qurban olum Azərbaycan" mahnısını böyük peşəkarlıqla ifa edir", -deyə paylaşımda qeyd edilib.
During President Ilham Aliyev’s official visit to Slovakia, at the reception hosted by Slovak Prime Minister Robert Fico, the military orchestra is performing song “Qurban olum Azərbaycan” with great professionalism on the Slovak traditional musical instrument, the cimbalom. pic.twitter.com/yga0kkZbNl
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 9, 2025