Menyu

Azərbaycan və ABŞ arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Operativ Media
Azərbaycan və ABŞ arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-yə səfər çərçivəsində ABŞ Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir sosial media hesablarında paylaşım edib.

Bildirilib ki, iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanın investisiya üçün əlverişli mühit olduğu vurğulanıb.

Həmçinin, Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də "TRIPP" layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

"Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.

Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirdi.",- paylaşımda qeyd edilib.

Əlaqəli Xəbərlər