Menyu

Azərbaycan səfiri Paşinyanı erməni dilində salamladı - VİDEO

Operativ Media
Azərbaycan səfiri Paşinyanı erməni dilində salamladı - VİDEO

Azərbaycanın Almaniyadakı səfiri Nasimi Ağayev Berlində keçirilən panel müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 

Qeyd olunur ki, səfir Paşinyana "Almaniyaya xoş gəlmisiniz" deyib. 

“Bu, bizim və sizin sayənizdə əldə etdiyimiz münasibətlərimizdə ən stabil və ən dinc dövrdür. Biz buna nail olduq ki, övladlarımız və nəvələrimiz bu ağrılı və uzunmüddətli münaqişəni miras almasınlar. Və ümid edirəm ki, onlar həmişə sülh içində yaşayacaqlar. Azərbaycan, əlbəttə ki, sülh gündəminin təşəbbüskarı olub”, – səfir qeyd edib.

Səfir ümid etdiyini bildirib ki, Vaşinqton razılaşmaları tam şəkildə həyata keçiriləcək. Buna TRIPP də daxildir ki, o, Naxçıvana maneəsiz yolu təmin edəcək. Bu zaman Ağayev son maneəyə – Ermənistan Konstitusiyasının dəyişdirilməsinə də toxunub.

“Ümid edirik ki, bu məsələ də aradan qaldırılacaq ki, rəsmi şəkildə sülh müqaviləsini imzalaya bilək”, – Ağayev qeyd edib.

“İsti qarşılama üçün təşəkkür edirəm”, – Nikol Paşinyan Azərbaycanın səfirinə cavab verib.

Əlaqəli Xəbərlər