Simonyan: Ermənistan nümayəndə heyətinin Bakıdakı tədbirlərdə iştirakı istisna edilmir
Operativ Media
"Ermənistan nümayəndə heyətinin Bakıdakı hər hansı tədbirdə iştirakı istisna edilmir".
Operativ Media xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib.
“Regional hər hansı formatdan kənarda qalmaq, iştirak etməmək doğru yanaşma olmaz”, – deyə o qeyd edib.
“Düşünürəm ki, İstanbulda keçiriləcək konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin sədri ilə aramızda əlaqələr olacaq”, – spiker əlavə edib.
O bildirib ki, genişləndirilmiş formatda, artıq beynəlxalq kontekstdən kənarda, yalnız öz qərarlarımıza əsaslanaraq əlaqələri davam etdirmək barədə müzakirələr aparılacaq.