Avstraliya yeniyetmələrin sosial mediaya çıxışını məhdudlaşdıran qanun tətbiq edib
Şəfa Hüseynli
Avstraliyada 2025-ci il dekabrın 10-da 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanun qüvvəyə minib.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Yeni tələblərə əsasən, on əsas platformadan müəyyən yaşa qədər olan istifadəçilərin hesablarını silmək və yeni hesabların yaradılmasının qarşısını almaq tələb olunur. Bu platformalara Facebook, Instagram, Kick, Reddit, Snapchat, Threads, TikTok, Twitch, X və YouTube daxildir. Qanuna tabe olan platformaların siyahısı nəzərdən keçiriləcək və yenilənəcək.