Menyu

Bakı Tbilisinin tariflərinə cavab olaraq Ermənistan sərhəddinə dəmir yolu əlaqəsini bərpa etməyi düşünür

Operativ Media
Bakı Tbilisinin tariflərinə cavab olaraq Ermənistan sərhəddinə dəmir yolu əlaqəsini bərpa etməyi düşünür

Gürcüstanın Azərbaycan neftinin Ermənistana daşınması üçün yüksək rüsumlar tətbiq etməsindən sonra Azərbaycan öz dəmir yolu imkanlarını dəyərləndirməyə başlayıb. 

Operativ Media Minval Politika-ya istinadən xəbər verir ki, Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana birdəfəlik tranzitini pulsuz təmin edəcəyini açıqlayıb.

Bildirilib ki, Azərbaycan artıq alternativ logistika oxu yaratmaq üçün öz imkanlarını qiymətləndirməyə başlayıb. 

Eyni zamanda, sovet dövründə Bakını Qazaxla birləşdirən, sonra İcevan istiqamətində davam edən dəmir yolu xətti var idi. 

Bakı hazırda bu hissəni - indiki Qazaxdan Ermənistanla şərti sərhədə qədər bərpa etməyi düşünür.

Əldə edilən məlumata görə, artıq ilkin qiymətləndirməyə başlanılıb.

Əlaqəli Xəbərlər