Menyu

Azərbaycan və İtaliya arasında bərpaolunan enerji potensialının reallaşdırılması müzakirə edilib

Operativ Media
Azərbaycan və İtaliya arasında bərpaolunan enerji potensialının reallaşdırılması müzakirə edilib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir sosial media hesablarında paylaşım edib.

"Şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, enerji, infrastruktur və yaşıl keçid sahələrində həyata keçirilən layihələr, birgə fəaliyyətin şaxələndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük.

Regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğuladıq.",- nazir qeyd edib.

Fotogalereya

Əlaqəli Xəbərlər