Dünyada ən uzun tıxacların yaşandığı şəhərin adı açıqlanıb
Şəfa Hüseynli

Türkiyənin İstanbul şəhəri bu dəfə kritik nəqliyyat vəziyyətinə görə diqqət mərkəzində olub.
Operativ Media xəbər verir ki, bu barədə "Inrix" analitik şirkətinin yeni araşdırmasına görə, şəhər Nyu York, Çikaqo, Mexiko və London kimi meqapolisləri geridə qoyaraq, tıxaclara görə qlobal reytinqlərdə birinci olub.
Hesabata görə, hər İstanbul sakini tıxaclarda ildə təxminən 105 saat itirir. 20 milyondan çox əhalisi olan bir şəhər üçün nəqliyyat sıxlığı aktual problem olaraq qalır.
Mütəxəssislər hesab edirlər ki, İstanbulda yüksək nəqliyyat sıxlığı sürətli urbanizasiya, məhdud yol infrastrukturu və Bosfor boğazı ilə iki qitəyə - Asiya və Avropa qitələrinə bölünən şəhərin unikal coğrafi mövqeyi ilə bağlıdır.