Menyu

Türkiyə Suriyada Azərbaycanın hərbi təcrübəsindən istifadə edəcək

Operativ Media
Türkiyə Suriyada Azərbaycanın hərbi təcrübəsindən istifadə edəcək

Suriya hərbi qulluqçuları artıq Türkiyədə təlim keçirlər və onların gələcək təlimləri "Azərbaycan modeli"nə uyğunlaşdırıla bilər.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər media nümayəndələri ilə görüşündə bildirib.

"Biz Azərbaycan, Liviya və Somaliyə təlim dəstəyi verdiyimiz kimi, onlara da eyni dəstəyi verə bilərik. Biz onların təliminə Türkiyədə başlamışıq və bu davam edir", - deyə türkiyəli nazir bildirib.

Gülər həmçinin xatırladıb ki, o, əvvəllər digər yüksək vəzifəli hərbi rəsmilər kimi Suriyaya səfər edib və bu səfərlər zamanı Suriya ordusunun imkanlarını artırmaq yolları müzakirə olunub.

O, "terrorizmə qarşı mübarizədə" Dəməşqə dəstək verməyin vacibliyini vurğulayıb və qeyd edib ki, bu istiqamətdə işlər davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər