Menyu

Noyabrın 10-a qədər fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ

Operativ Media
Noyabrın 10-a qədər fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ
1 dəq oxu

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Operativ Media-ya Milli Hidermetrologiya Xidmətindən məlumat verilib.

Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da müşahidə olunan qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Əlaqəli Xəbərlər