Menyu

"Turan Tovuz"un futbolçusu Moldova millisinə dəvət edilib

Operativ Media
"Turan Tovuz"un futbolçusu Moldova millisinə dəvət edilib
1 dəq oxu

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.

Bu barədə Operativ Media-ya bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb.

Qeyd edək ki, Moldova seçməsi noyabrın 13-də doğma meydanda Qazaxıstanla, 16-da isə səfərdə Farer adaları ilə üz-üzə gələcək.

Əlaqəli Xəbərlər