Menyu

Donetskə zərbələr endirilib

Operativ Media
 Donetskə zərbələr endirilib

Ukraynanın Donetsk vilayətində sakinlərin təxliyəsi zamanı Rusiyanın dron zərbələri nəticəsində bir nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bunu şəhər hərbi administrasiyasının rəhbəri Sergey Qorbunov bildirib.

"Konstantinovkada təxliyə missiyası zamanı bir könüllü düşmən dronunun zərbəsi nəticəsində həlak olub. Daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər dərhal Drujkovka şəhər xəstəxanasına çatdırılıb və hazırda onlara tibbi yardım göstərilir. Onlar təhlükəli zonalardan insanların çıxarılması ilə məşğul olurdular", – açıqlamada qeyd olunub.

Qorbunov əlavə edib ki, hücum nəticəsində "Kramatorsk Könüllülər Birliyi" ictimai təşkilatına məxsus minik avtomobili də zədələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər