http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Ələkbər Əliyev: "Azərbaycan kanalları bir silahdır, o silahla özümüzü vururuq" - MÜSAHİBƏ

10 Mart 2023 , 20:00
Ələkbər Əliyev: "Azərbaycan kanalları bir silahdır, o silahla özümüzü vururuq" - MÜSAHİBƏ

“Planet Parni iz Baku” KVN Teatrının ssenaristi və aktyoru, rejissor Ələkbər Əliyev “Operativ Media”nın qonağı olub.

Ələkbər Əliyev Azərbaycanda yumorun son vəziyyəti, televiziya kanalları və sosial şəbəkələr barədə danışıb.

Müsahibəni təqdim edirik:

Ələkbər Əliyev, hazırda Azərbaycanda yumorun səviyyəsi haradadır? Böyük çoxluq nəyə gülür?

- Söhbət əsl yumordan gedirsə, bizdə hazırda yumor yoxdur, yumorun qalıqları var. Sosial şəbəkələrdə izlədiyim yumor kimi təqdim edilən şeylərin 98 faizinin yumorla əlaqəsi yoxdur.

Təəssüflər olsun ki, son zamanlar insanlar yumorla şitliyi qarışdırırlar.

Ötən əsrin 90-cı illərdə KVN var idi, Allah rəhmət eləsin Anar Məmmədxanov o KVN-i bərpa etmişdi.

Əslində KVN bir hərəkat idi, məktəb idi. İndiki komandalara baxmıram, xəbərim yoxdur onlar var, ya yoxdur. Bizim dövrümüzdə ssenari yazmaq üçün çoxlu kitab oxumaq lazım idi.

Ədəbiyyat müsabiqələri var idi. Hansısa ədəbi əsəri götürüb onun əsnasında səhnəcik qururduq. Məsələn “12 stul” əsəri əsnasında bir səhnəcik quranda onu çox adam başa düşürdü. Çünki onu oxumuşdular. Söhbət təkcə o əsərdən getmir.

Amma, indiki gənclər kitab oxuyurlar ki, hansısa əsəri parodiya edəndə bilsinlər? Oxuyanlar da çox azdır.

İndi hamı “TikTok”da baş verənlərdən məlumatlıdır. Məcbursan ki, ona uyğun zarafat edəsən.

Bizim may ayında konsertimiz olacaq. Biz konserti yazanda əziyyət çəkirik ki, nə yazaq? Gündəmdə olan məsələlər bayağı şeylərdir. Biz hər konsertdə incəsənət xadimlərindən, görkəmli mütəfəkkirlərdən söz açırıq. Məsələn, əvvəl Rəşid Behbudov haqqında nəisə nömrə yazırdıqsa, bilirdik hər kəs bu barədə məlumatlıdır. Həyatından xəbəri var, yaradıcılığından xəbəri var.

İndi çox adam üçün Rəşid Behbudov sadəcə küçə adıdır. Bəziləri də hətta dahi sənətkarı “müğənnidir” deyərək təqdim edir. Adam təsəvvür edin, Hindistana gedib necə oxuyubsa, Rac Kapur onun səsinə valeh olub, onunla dost olub.

Planet Parni iz Baku KVN teatrı “Yumor Kuboku” adlı müsabiqə keçirdi. O müsabiqə sayəsində o qədər gənclər məşhurlaşdı. Yəni biz əlimizdən gələni etmişik bu sahənin inkişafı üçün.

KVN-nin öz prinsipləri varmı?

- KVN olaraq biz günün tələbinə cavab verməyə çalışırıq, amma, elə xəttlərimiz var ki, onları keçməyəcəyik. Kiçik də olsa mübarizəmiz gedir.

Mən tam sərbəst yumoru da görmüşəm, idarə olunan yumoru da görmüşəm. Məncə, müəyyən xətləri keçmək lazım deyil. Məsələn söyüşlə güldürmək asandır. Belə bir yumor çoxsaylı izləyici və məşhurluq gətirə bilər. Mən bunu heç vaxt etmərəm. Çünki o roliklərə gənclər və uşaqlar da baxır. Uşaq baxıb görəndə ki, mən söyüş söyərək populyar olmuşam, deyəcək “nə yaxşı, elə mən də belə olum da”...

Sizcə, yumor ölkə həyatında nə dərəcədə rol oynayır?

- Yumor ölkənin, dövlətin və insanların həyatında vacib bir şeydir. İnsanların əhval-ruhiyyəsi nə qədər yaxşı olsa, onlar daha yaxşı işləyər, bir-birləri ilə daha yaxşı münasibət qurarlar. Bütün bunlar hər birimizin həyatına müsbət təsir edir. Mən demirəm hər şey yumora bağlanır və ya bağlanmalıdır. Yumor bir ölkə həyatında mühüm yer tutur. Bizim xalqımız isə yumora böyük qiymət verən olub. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir yumor yönündə yaxşı işləyirdilər və əsərləri oxunurdu.

Telekanalların vəziyyətindən danışaq. Senarist və yumor ustası kimi televiziya məkanının vəziyyəti necədir? Gülməli, yoxsa ağlamalı?

- Bizim kanallarda maarifləndirici heç nə yoxdur. Mən öz kanallarımıza niyə baxmıram? Çünki mənə maraqlı deyil kimin arvadı kiminlə yatır, kim kimə xəyanət edir və.s.

Azərbaycan kanalları gənc nəslin tərbiyyəsinə yönəlməlidir. İndi bəzi ailələrdə ata və ana işləyir. Uşaq məktəbə gedir və evə gəlir. Normalda uşaq TV-ni yandırıb baxmalıdır. Bizdə uşaqlar üçün kanallar ümumiyyətlə yoxdur. Uşaqlar da “Youtube”a, “TikTok”a yönəlirlər. Uşaq beyni sürətli şəkildə inkişafdadır. İnkişaf üçün də bilgi lazımdır. Uşaqda informasiya aclığı var. Bu informasiyanı da uşaq sosial şəbəkələrdən alır.

Bizim dövrümüzdə uşaq filmləri, uşaq kanalları və verilişləri var idi. Dərsdən gəldiyimiz vaxt dincəlmək üçün televiziyaya baxardıq. İndi özünüz Azərbaycanın bir kanalını açanda mənzərəyə şahid ola bilərsiniz.

AzTV xəbər yönümlüdür və onu istisna edirəm hər zaman. O biri kanallar bütün günü qalmaqal, kiminsə arvadının 6 dəfə xəyanət etməyi və.s lazımsız informasiyalarla beyinimizi doldururlar.

Axır zamanlar ölkədə silahlı insidentlər olur. Bu insanlar haradan çıxır? Baxır televizora, görür heç nə yoxdur. Gedir “TikTok”a. Orada artıq “açıq bazardır” kim nə istəyir, paylaşır. İradəsi zəif insanlar da tez bir zamanda kriminal aləmə yönəlirlər.

Kanallara yeni rəhbərlər gələndə hamı kanalda dəyişiklik gözləyir. Amma heç bir dəyişiklik olmur. Uzağı hansısa aparıcı ilə kanal yollarını ayırır. Həmin aparıcı da verilişinin adına bir hərf dəyişikliyi edərək gedib qonşu kanalda yenidən davam edir.

Məncə, TV kanal bir silahdır, biz o silahla özümüzü vururuq.

- Çox sağ olun.

- Buyurun, siz sağ olun.

 

OXŞAR XƏBƏRLƏR
COP29 zamanı İçərişəhər və Qala qoruğunu nə qədər əcnəbi ziyarət edib?

COP29 zamanı İçərişəhər və Qala qoruğunu nə qədər əcnəbi ziyarət edib?

Londonda iki tarixi bazar tezliklə bağlanacaq

Londonda iki tarixi bazar tezliklə bağlanacaq

İtaliyalı rəssam Karavacconun sirlərlə dolu əsəri ilk dəfə Romada sərgilənəcək - FOTO

İtaliyalı rəssam Karavacconun sirlərlə dolu əsəri ilk dəfə Romada sərgilənəcək - FOTO

XƏBƏR LENTİ
  • 20:57

    Rus qoşunları Xarkovda üç istiqamətdə hücuma keçib
  • 20:34

    Amerika Ukraynaya yeni yardım paketi ayıracaq
  • 20:28

    Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu
  • 20:24

    Putin: Maaşlar gəncləri elmə həvəsləndirmək üçün vacibdir
  • 20:19

    "Qalatasaray"ın hücumçusu əməliyyat olundu
  • 20:13

    Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir
  • 20:06

    Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
  • 20:03

    Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
Menyu