Menyu

Qırğızıstan və Qazaxıstan sərhədlərində radiotezliklərlə bağlı razılığa gəliblər

Şəfa Hüseynli
Qırğızıstan və Qazaxıstan sərhədlərində radiotezliklərlə bağlı razılığa gəliblər

Nazirlər Kabineti Qırğızıstan və Qazaxıstan arasında sərhəd ərazilərində radiotezliklərin təyin edilməsinin əlaqələndirilməsi haqqında sazişin təsdiq edilməsi barədə qərar layihəsini müzakirəyə təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.

Sənəd 22 avqust 2025-ci ildə Bişkekdə imzalanıb və iki ölkənin mülki radio xidmətləri tərəfindən dövlət sərhədinə bitişik ərazilərdə radiotezliklərdən istifadəni tənzimləyir.

Sazişin məqsədi qarşılıqlı müdaxilənin qarşısını almaq və rabitə avadanlıqlarının sabit işləməsini təmin etməkdir.

Əlaqəli Xəbərlər