Menyu

Aİ Ukraynaya hərbi xərclər üçün 70 milyard avro ayırıb

Şəfa Hüseynli
Aİ Ukraynaya hərbi xərclər üçün 70 milyard avro ayırıb

Avropa İttifaqı 2022-ci ilin fevralından 2025-ci ilin dekabrına qədər Ukraynaya 100 milyard avrodan çox maliyyə dəstəyi, hərbi xərclər üçün isə təxminən 70 milyard avro ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən əlavə birdəfəlik ödəniş edilib ki, bu da 3,7 milyard avrodur.

Ukrayna hərbi xərclər üçün blokdan və üzv dövlətlərdən daha 69,3 milyard avro alıb. Həmçinin qeyd olunur ki, "Aİ-nin Ukraynaya hərbi yardım missiyası artıq 85.200 Ukrayna əsgərinə təlim keçib".

Əlaqəli Xəbərlər