Menyu

Türkiyədə restoran və kafelərdə servis haqqı qadağan edilib

Şəfa Hüseynli
Türkiyədə restoran və kafelərdə servis haqqı qadağan edilib

Türkiyədə restoran, kafe və şirniyyat mağazaları kimi müəssisələrdə "xidmət haqqı", "masa haqqı" və "ödəniş haqqı" adları altında məcburi əlavə ödənişlərin tutulmasını qadağan edilib.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Yeni qayda ilə istehlakçılar yalnız sifariş etdikləri məhsulların pulunu ödəyəcəklər.

Bildirilib ki, restoranlar, kafelər və oxşar qida və içki müəssisələri menyularına və ya qiymət siyahılarına "xidmət haqqı", "örtük haqqı", "masa haqqı" və ya başqa adlarla əlavə ödənişlərin tətbiq olunacağını göstərən ifadələr daxil edə bilməyəcəklər.



Əlaqəli Xəbərlər