Menyu

Avropa Birliyi məşhur rusiyalı teleaparıcıları sanksiya siyahısına əlavə edib

Şəfa Hüseynli
Avropa Birliyi məşhur rusiyalı teleaparıcıları sanksiya siyahısına əlavə edib

Avropa Birliyi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi hücum başlatmasından təxminən dörd il sonra bir sıra tanınmış rusiyalı televiziya aparıcılarına qarşı şəxsi sanksiyalar tətbiq edib. 

Operativ Media xəbər verir ki, bu barədə "Kun.uz'' məlumat yayıb.

Onların arasında  "Vremya" televiziya şousunun aparıcısı Yekaterina Andreeva, eləcə də "Rossiya 1"də yayımlanan "Moskva. Kreml. Putin" proqramının aparıcısı Pavel Zarubin var.

Aİ-nin Rəsmi Jurnalında dərc olunan Brüssel qərarına əsasən, sanksiyalar sanksiya siyahısındakı şəxslərin Aİ ölkələrinə girişinə qadağa və onların Avropa banklarındakı aktivlərinin dondurulmasını əhatə edir .


Əlaqəli Xəbərlər