Menyu

Fransanın Baş naziri 2026-cı il büdcəsini parlamentdən keçmədən qəbul edib

Şəfa Hüseynli
Fransanın Baş naziri  2026-cı il büdcəsini parlamentdən keçmədən qəbul edib

Fransanın Baş naziri Sebastyan Lekornu hökumətin məsuliyyəti altında 2026-cı il büdcə layihəsinin parlament səsverməsi olmadan qəbul edildiyini elan edib.

Operativ Media xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

"Fransanın büdcəyə ehtiyacı var. Buna görə də, hökumət adından Konstitusiyanın 49-cu maddəsinin 3-cü hissəsinə əsasən, 2026-cı il büdcə layihəsinin qəbul edilməsi məsuliyyətini öz üzərimə götürürəm", -  o, Milli Assambleyanın (parlamentin aşağı palatası) iclasında bildirib.

Daha sonra Milli Assambleyanın vitse-prezidenti Sebastyan Çenu qanun layihəsi ilə bağlı müzakirələrin bağlandığını elan edib.

Hökumətin büdcə qanun layihəsində müdafiədən başqa bütün sahələrdə xərclərin azaldılması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər