Qırğızıstan beynəlxalq tədbirlərə tendersiz ev sahibliyi edəcək
Şəfa Hüseynli

Qırğızıstanda dövlət və beynəlxalq tədbirlərlə bağlı satınalmalar, xarici nümayəndə heyətlərinin səfərləri və prioritet dövlət tapşırıqlarının yerinə yetirilməsi dövlət satınalmaları qanununun tələblərindən azaddır.
Operativ Media xəbər verir ki, bu barədə müvafiq qanunu Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb.
Qərar yalnız müəyyən sektorlarda satınalmalarla bağlı məsələlərin operativ həllinə yönəlib və milli və yerli büdcələr hesabına maliyyələşdirilir.
Sənədə əsasən, bu cür satınalmalar ölkənin mülki qanunvericiliyinə uyğun olaraq sifarişçi ilə podratçı arasında standart mülki müqavilələr çərçivəsində həyata keçiriləcək ki, bu da prosesi əhəmiyyətli dərəcədə sürətləndirməlidir.