Menyu

Qırğızıstanda turistlər üçün vahid rəqəmsal tətbiq yaradılacaq

Şəfa Hüseynli
Qırğızıstanda turistlər üçün vahid rəqəmsal tətbiq yaradılacaq

Qırğızıstanda Rəqəmsal İnkişaf Nazirliyi turistlər üçün milli rəqəmsal platforma olan "Tunduk Travel" layihəsinin başlanğıcını qoyan əsas sənədləri imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Bu tətbiq turistlərə dövlət xidmətlərinə, istehlak mallarına və faydalı məlumatlara, eləcə də biznes xidmətlərinə çıxış imkanı yaradacaq. Platforma mərhələli şəkildə inkişaf etdiriləcək, əsas funksiyalar işə salınacaq və ardınca sınaqdan keçiriləcək və tədricən genişləndiriləcək.

Layihədə təhlükəsizliyə xüsusi diqqət yetirilir. Platforma istifadəçilərin şəxsi məlumatlarını qoruyacaq, agentliklər arasında təhlükəsiz məlumat mübadiləsini təmin edəcək və fövqəladə hallarda turistlərə kömək edəcək.

Əlaqəli Xəbərlər