Menyu

Hakan Fidan: Türkiyə İrana qarşı güc tətbiqinə qarşıdır

Şəfa Hüseynli
Hakan Fidan: Türkiyə İrana qarşı güc tətbiqinə qarşıdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranla bağlı məsələlərin həlli üçün güc tətbiqinə qarşı olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Hakan Fidan İranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirilən mətbuat konfransında deyib.

O, Vaşinqton və Tehranı danışıqlar masasına oturmağa çağırıb.

"Danışıqlar həmçinin İrana qarşı sanksiyaların ləğvi və onun qlobal iqtisadi sistemə inteqrasiyası üçün yol açacaq. Bu addımlar bütün tərəflər üçün əhəmiyyətli faydalar gətirəcək.

Bu mərhələdə münasibətlər yeni bir razılaşma əsasında normallaşmalıdır. Biz bütün həmsöhbətlərimizə dəfələrlə İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu bildirmişik. Və problemlərin həlli üçün hərbi variantlardan istifadənin əleyhinə olduğumuzu bir daha təkrarlayırıq və bunun çox fayda verəcəyinə inanmırıq. Biz danışıqları və diplomatiyanı dəstəkləyirik", - Fidan bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər