Portuqaliyada qasırğa səbəbindən 290 mindən çox insan elektriksiz qalıb
Şəfa Hüseynli
Portuqaliyada "Cristina" qasırğasının baş verməsi ilə 290 mindən çox insan elektriksiz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "Diario de Noticias" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Leiria rayonu fırtınadan ən çox zərər çəkən bölgədir. Fırtınanın elektrik şəbəkələrinə vurduğu ciddi ziyana görə Portuqaliyanın şimal və qərbində dəmir yolu xidmətləri dayandırılıb.
Bəzi ərazilərdə yağış, güclü külək və qar yağacağı ilə bağlı xəbərdarlıqlar qüvvədədir.