Türkiyədə futbol klubunun avtobusu qəzaya uğrayıb
Operativ Media

Türkiyənin "Konyaspor" klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus qəzaya uğrayıb.
Operativ Media xəbər verir ki, hadisə nəticəsində sürücü və iki futbolçu xəsarət alıb.
Belə ki, "Beşiktaş"la keçiriləcək səfər oyunu üçün İstanbula yollanan "Konyaspor"un gənc futbolçularını daşıyan avtobus TEM şosesində yük maşınının arxasına çırpılıb.
Hadisə ilə bağlı klubdan açıqlama verilib:
"Qəzadan sonra avtobusda olan məşqçilərimiz, futbolçularımız və texniki heyətimizin ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Bəzi futbolçular ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb, onların həyati təhlükəsi yoxdur. Avtobus sürücüsü Fevzi Öztürk isə nəzarət məqsədilə tibbi müayinəyə cəlb edilib".