ABŞ İranın 6 rəsmisinə qarşı sanksiya tətbiq edib

ABŞ hökuməti etiraz aksiyaları ilə əlaqədar İranda 6 dövlət rəsmisi və bir iranlı investora qarşı sanksiya tətbiq edib.
Operativ Media xəbər verir ki, sanksiya siyahısına daxil edilənlər daxili işlər naziri İsgəndər Momeni Kalaqari, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat İdarəsinin rəhbəri Məcid Xadəmi, Tehranda korpus komandiri Qurban Məhəmməd Vəlizadə, Həmədan vilayət komandiri Hüseyn Kamali, Gilan vilayət komandiri Həmid Damğani, hüquq- mühafizə qüvvələrinin komandiri Mehdi Hacyan və iranlı biznesmen Babək Mürtəza Zəncanidir.
Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, Amerika Birləşmiş Ştatları etiraz aksiyalarında İran xalqını dəstəkləyir və İrana maksimum təzyiq göstərməyi və onu gəlirlərdən məhrum etməyi ehtiva edən 2 saylı Milli Təhlükəsizlik Prezident Memorandumunu tətbiq etməyə davam edəcək.