Menyu

Konqoda mədən çöküb, 200-dən çox insan həlak olub

Operativ Media
Konqoda mədən çöküb, 200-dən çox insan həlak olub

Konqo Demokratik Respublikasının şərqindəki Şimali Kivu vilayətində mədən çökməsi nəticəsində azı 227 nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi üsyançılar tərəfindən təyin edilmiş qubernatorun nümayəndəsi Lubumbu Kambere Muisaya istinadən xəbər yayıb.

"200-dən çox insan bu sürüşmənin qurbanı olub, onların arasında mədənçilər, uşaqlar və tacirlər var", - deyə Muisa bildirib.

O əlavə edib ki, bəzi insanlar son anda xilas edilib, lakin ağır xəsarətlər alıblar. Muisa xəsarətlərin dəqiq xarakterini açıqlamayıb.

Qubernatorun müşaviri təsdiqlənmiş ölənlərin sayının azı 227 nəfər olduğunu, dəqiq rəqəmin isə hələ müəyyənləşdirilmədiyini qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər