Menyu

Venesuela hakimiyyəti bütün siyasi məhbuslara amnistiya elan edəcək

Operativ Media
Venesuela hakimiyyəti bütün siyasi məhbuslara amnistiya elan edəcək

Venesuelanın prezidenti vəzifəsini icra edən Delsi Rodriges ölkədə ümumi amnistiya haqqında qanunun irəli sürüləcəyini bəyan edib.

Operativ Media xəbər verir ki, Rodriges bunu Ali Məhkəmədə məhkəmə fəaliyyətinin açılışına həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sözügedən amnistiya 1999-cu ildən bu günə qədər olan dövrü əhatə edəcək.

Delsi Rodriges məhkəmə islahatı üzrə komissiyaya və demokratik birgəyaşayış və sülh proqramına ümumi amnistiya haqqında qanun layihəsini yaxın vaxtlarda Milli Assambleyanın (parlamentin) müzakirəsinə təqdim etməyi tapşırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər