Menyu

ABŞ PUA-sı İran ətrafında uçuş həyata keçirir

Operativ Media
ABŞ PUA-sı İran ətrafında uçuş həyata keçirir

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Boeing P-8A Poseidon” sualtı gəmi əleyhinə patrul təyyarəsi İran sərhədi yaxınlığında, Bəsrə və Oman körfəzlərinin neytral suları üzərində müşahidə edilib.

Operativ Media xəbər verir ki, bu barədə TASS mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, “Boeing P-8A” Bəsrə və Oman körfəzləri üzərində, İranın hava məkanına yaxın ərazidə uçuşlar həyata keçirir.

Təyyarə təxminən 6 min metrdən bir qədər yüksək hündürlükdə uçur.

Mənbə xatırladıb ki, son bir neçə günd həmin ərazidə ABŞ HHQ-yə məxsus “Northrop Grumman MQ-4C Triton” PUA-sı da müşahidə olunub. 

Geniş quru və dəniz sahələrini izləmək imkanına malik olan bu PUA gündəlik 10-15 saat kəşfiyyat aparıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər