Tacikistan Əfqanıstanla sərhədini möhkəmləndirmək üçün KTMT-dən silah alacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri Əfqanıstanla sərhədin möhkəmləndirilməsi üzrə dövlətlərarası proqram çərçivəsində Tacikistanın sərhəd qoşunlarına veriləcək silah və hərbi texnika tədarükçülərini müəyyənləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov "Soyuzniki.ODKB" nəşrinə verdiyi müsahibədə bildirib.
“KTMT proqramın birinci mərhələsinin — Tacikistan Sərhəd Qoşunlarına tədarük ediləcək silahların, hərbi texnikanın və sərhəd təhlükəsizliyi avadanlıqlarının siyahılarının Təşkilatın üzv dövlətləri arasında dəqiqləşdirilməsi və əlaqələndirilməsinin həyata keçirilməsinə kömək edir. Təchizatçılar müəyyən edilir və müqavilələr bağlanır”, - Taalatbek Masadıkov qeyd edib.
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.