Suriya həbsxanalarından İraqa 950-dən çox İŞİD məhbusu köçürülüb
Şəfa Hüseynli
Rusiyada qadağan olunmuş 950-dən çox keçmiş İslam Dövləti (İŞİD) yaraqlısı Suriya həbsxanalarından İraqa köçürülüb.
Operativ Media xəbər verir ki, bu barədə "Əl-Hədəs" televiziyası məlumat yayıb.
Bildirilib ki, bu günə qədər Amerika qüvvələri Suriyadan İraqa 953 aktiv İŞİD tərəfdarını daşıyıb.
Qeyd olunur ki, artıq İraqa daşınan keçmiş İŞİD döyüşçülərinin böyük əksəriyyəti qeyri-iraqlıdır və xarici vətəndaşlığa malikdir.
Suriyadan olan ən azı 150 keçmiş İŞİD üzvünün növbəti 24 saat ərzində İraqdakı terrorçuların saxlanma yerlərinə köçürülməsi gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net