Konqoda baş verən mədən qəzasında 226 işçi həlak olub
Şəfa Hüseynli
Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinin Masisi bölgəsindəki Coltan mədənində baş verən mədən çökməsi nəticəsində ən azı 226 işçi həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, bir neçə gündür güclü yağışların yağdığı Rubaya şəhərindəki Coltan mədənində işçilər yeraltı şaxtalarda işləyərkən çökmə baş verib.
Dağıntılar altından xilas edilən yaralı işçilər ilkin tibbi yardım aldıqdan sonra Qomadakı tibb müəssisələrinə aparılıblar.
Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir.