İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 49-a çatıb
Şəfa Hüseynli
İndoneziyanın Qərbi Yava əyalətində ötən həftə baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 49-a çatıb.
Operativ Media xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.
Bildirilib ki, Barat bölgəsinin Pasir Lanqu kəndində baş verən hadisədə ölənlərin sayının 49-a çatdığını, 15 nəfərin isə hələ də itkin düşdüyü açıqlanıb.