Ermənistanın İstintaq Komitəsi Erməni Kilsəsinin Ali Ruhani Şurasının üzvlərini dindirilməyə çağırıb
Şəfa Hüseynli
Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurasının üzvləri İstintaq Komitəsi tərəfindən dindirilmək üçün çağırılıblar.
Operativ Media xəbər verir ki, bu barədə vəkil Ara Zohrabyan "Facebook" hesabında yazıb.
Bildirilib ki, onlar məhkəmə qərarının icrasına mane olmaqda ittiham olunurlar.
Zohrabyan istintaq orqanının bu hərəkətlərini Kilsənin daxili işlərinə növbəti müdaxilə kimi xarakterizə edib.
Əsas məqsəd bütün ermənilərin katolikosu II Qaregin tərəfindən 16-19 fevral tarixlərində Avstriyanın Sankt-Pölten şəhərində çağırılan Yepiskoplar Şurasına mane olmaqdır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma