Menyu

Türkiyə Özbəkistandan olan miqrantlar üçün iş icazələrinin verilməsini sadələşdirib

Şəfa Hüseynli
Türkiyə Özbəkistandan olan miqrantlar üçün iş icazələrinin verilməsini sadələşdirib

1 mart 2026-cı il tarixindən etibarən Türkiyədə ən azı üç il daimi yaşayan Özbəkistan vətəndaşlarına avtomatik olaraq ölkədə iş icazəsi veriləcək.

Operativ Media xəbər verir ki, bu barədə "24.kg" məlumat yayıb.

Qeyd edildiyi kimi, 1 mart tarixindən etibarən Türkiyədə iş icazəsi almaq üçün Özbəkistan vətəndaşları işəgötürən tapmalı, öz ölkələrinin konsulluğunda xüsusi viza üçün müraciət etməli və məlumat sistemi vasitəsilə rəsmilərdən təsdiq almalıdırlar. Bu, Özbəkistan vətəndaşları üçün sadələşdirilmiş bir proses təqdim edir.

Bundan əlavə, Ankara və Daşkənd deportasiya kimi sərt tədbirlərə əl atmadan Türkiyədə qanunsuz yaşayan Özbəkistan vətəndaşlarının leqallaşdırılması təcrübəsini davam etdirmək barədə razılığa gəlinib.

Əlaqəli Xəbərlər