Menyu

Narkotik əleyhinə əməliyyat zamanı türkiyəli məşhurlar saxlanılıb

Şəfa Hüseynli
Narkotik əleyhinə əməliyyat zamanı türkiyəli məşhurlar saxlanılıb
1 dəq oxu

Türkiyənin Ankara, İstanbul, Muğla və Yalova şəhərlərində narkotik qaçaqmalçılığının qarşısının alınması əməliyyatı çərçivəsində yerli şou-biznes nümayəndələri saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti məlumat yayıb .

Məlumata görə, saxlanılanlar arasında Hasan Can Kaya, Reynmen təxəllüsü ilə çıxış edən ifaçı Yusuf Aktaş və reper Emirhan Çakal kimi şou-biznes simaları da var.

Ölkədə bir neçə aydır ki, narkotik əleyhinə əməliyyatlar davam edir. Nəticədə, aktyorlar, bloqçular və televiziya jurnalistləri də daxil olmaqla 30-dan çox insan saxlanılıb.

Əlaqəli Xəbərlər