Fil Dişi sahilində yol qəzası nəticəsində 14 nəfər ölüb
Operativ Media
Fil Dişi sahilinin Kabaduqu bölgəsində baş verən yol qəzada azı 14 nəfər ölüb, daha 21 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, məlumatına görə, hadisə barədə ölkənin Nəqliyyat və Dənizçilik Nazirliyi feysbukda bildirib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, yol qəzasına uğrayan avtomobil taxıl daşımaq üçün nəzərdə tutulan, amma qanunsuz sərnişin daşıyan yük maşınıdır.
Nazirlik ölkənin yol polisini yollarda xaosun qarşısını almaq üçün bu cür qayda pozuntularına qarşı daha sərt olmağa çağırıb.