Qətərin Baş naziri və XİN rəhbəri İrana səfər edib
Operativ Media
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani şənbə günü "regional gərginliyi azaltmaq" məqsədilə İranla danışıqlar aparıb.
Operativ Media xəbər verir ki, bu haqda Qətər XİN-in mətbuat xidməti məlumat yayıb.
Qətər xarici işlər naziri İranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.
Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı o, Qətərin "regionda gərginliyin azaldılması üçün bütün səylərə" dəstəyini təsdiqləyib.
Bundan əvvəl Əli Laricani ABŞ ilə danışıqlara hazırlıqların aparıldığını açıqlamışdı