Menyu

Xameneyi İranda baş verən son iğtişaşları dövlət çevrilişi cəhdi adlandırıb

Operativ Media
Xameneyi İranda baş verən son iğtişaşları dövlət çevrilişi cəhdi adlandırıb

İranın Ali Rəhbəri Əli Xamenei ölkədə baş verən son iğtişaşların mahiyyətinə toxunaraq, bu hadisələrin çevriliş cəhdinə bənzədiyini bildirib.

Operativ Media-nın SNN-ə istinadən məlumatına görə, Əli Xamenei çıxışında qeyd edib ki, iğtişaşlar zamanı təhrikçilər hüquq-mühafizə orqanlarına, dövlət qurumlarına, hökumət binalarına və məscidlərə hücumlar təşkil ediblər. Onun sözlərinə görə, məqsəd mühüm dövlət mərkəzlərini sıradan çıxarmaq olub: “Son qiyam çevrilişə bənzəyirdi. Əlbəttə ki, bu cəhd yatırıldı. Təhrikçilər polisə, dövlət qurumlarına, İslam İnqilabı Keşikçiləri Korpusunun mərkəzlərinə, banklara və məscidlərə hücum etdilər, hətta Quran yandırıldı”.

Xatırladaq ki, İranda iğtişaşlar dekabrın 29-da rialın kəskin ucuzlaşması fonunda başlayan küçə etirazlarından sonra baş verib və qısa müddətdə ölkənin əksər iri şəhərlərinə yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, yanvarın 8-dən etibarən etirazçılar arasında silahlı terrorçular da müşahidə olunmağa başlayıb.

Rəsmi Tehran iğtişaşların təşkilində İsrail və ABŞni ittiham edir. Yanvarın 23-də Abbas Əraqçi bildirib ki, baş verən hadisələr nəticəsində həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşları daxil olmaqla, ölənlərin sayı 3117 nəfərə çatıb.

Əlaqəli Xəbərlər