Menyu

Kamçatkada vulkan püskürüb

Operativ Media
Kamçatkada vulkan püskürüb

Rusiyanın Kamçatka diyarında Şiveluç vulkanı dəniz səviyyəsindən altı kilometr hündürlüyə qədər kül püskürüb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Şöbəsinin Vulkanologiya və Seysmologiya İnstitutu "Telegram" kanalında məlumat yayıb.

"Partlayış nəticəsində külün havaya qalxma hündürlüyü dəniz səviyyəsindən 6 km-ə çatıb, kül şleyfi isə vulkandan 70 km qərb-şimal-qərb istiqamətində yayılıb", - deyə bildirilib.

Şiveluç üçün "narıncı" aviasiya təhlükəsizliyi kodu müəyyən edilib.

Əlaqəli Xəbərlər