Menyu

İranda həlak olanların adları açıqlanıb

Operativ Media
İranda həlak olanların adları açıqlanıb

İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasında son vaxtlar baş verən etirazlar və iğtişaşlar zamanı həlak olan təxminən üç min nəfərin adlarının dərc olunması barədə göstəriş verib.

Operativ Media xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyasının saytında məlumat paylaşılıb.

"Prezidentin göstərişi ilə… son etirazlar və iğtişaşlar zamanı həlak olmuş 2 986 nəfərin siyahısı dərc olunur", – açıqlamada qeyd edilib.

Rəsmi statistika üzrə həlak olanların sayı (3 117 nəfər) ilə dərc olunan adların sayı arasında 131 nəfərlik fərq var. 

Bəyanatda vurğulanıb ki, bu fərq həmin şəxslərin kimliyinin hələ müəyyən edilməməsi ilə bağlıdır.

Əlaqəli Xəbərlər