Rusiya Ukraynada avtobusu bombalayıb
Operativ Media
Fevralın 1-də Rusiya ordusu Ukraynanın Dnepropetrovsk bölgəsində avtobusa dronla hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” səhifəsində məlumat verib.
Hücum nəticəsində 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
Qanja bildirib ki, hadisə Pavloqrad rayonu ərazisində baş verib.
Avtobusda olanlar mədən işçiləri olub, onlar növbədən çıxarkən dron hücumuna məruz qalıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net