Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteynlə əlaqələrə görə Leyboristlər Partiyasından istefa verib
Şəfa Hüseynli
Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri və keçmiş Avropa Ticarət Komissarı Peter Mandelson məşhur amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə hakim Leyborist Partiyasından ayrılıb.
Operativ Media xəbər verir ki, bu barədə "Sky news" məlumat yayıb.
Britaniya mediasının məlumatına görə, Mandelsonun maliyyəçidən 75.000 dollar aldığı iddia edilən məlumatlar var.
Epşteynin 50 illik yubileyi münasibətilə hazırlanmış albomdan dərc olunmuş hissələrdə Mandelsonun məktubları və fotoşəkilləri yer alıb.