Qırğızıstan Nazirlər Kabinetinin sədri BƏƏ-yə işgüzar səfər edəcək
Şəfa Hüseynli
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmirliyinin hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun dəvəti ilə Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adilbek Kasımalıyev Dünya Hökumətləri Sammitində iştirak etmək üçün BƏƏ-yə işgüzar səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.
Səfər zamanı Adılbek Kasımalıyev sammitdə iştirak edəcək və BƏƏ-nin yüksək vəzifəli rəhbərliyi, bir sıra nazirliklərin və suveren sərvət fondlarının rəhbərləri ilə danışıqlar aparacaq.
Bundan əlavə, səfər zamanı BƏƏ ilə ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net