Madaqaskarda "Fitiya" siklonu nəticəsində 28 mindən çox insan yaralanıb
Şəfa Hüseynli
Madaqaskarda "Fitiya" siklonu nəticəsində ən azı üç nəfər ölüb, 28 mindən çox insan yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "L'Express de Madagascar" qəzeti Milli Fəlakət Risklərinin İdarə Edilməsi Bürosuna istinadən məlumat yayıb.
Ən çox zərər çəkən ərazilər ölkənin qərb bölgələri olan Analamanga, Bueni, Vakinankaratra, Melaki və Soufiadır. 15.000-dən çox Madaqaskar sakinləri evlərini tərk etmək məcburiyyətində qalıb və 800-dən çox yaşayış məntəqəsi dağılıb.