68-ci Qremmi mükafatlarının təqdimat mərasimi keçirilib
ABŞ-nin Los-Anceles şəhərində keçirilən mərasimdə musiqi dünyasının ən nüfuzlu mükafatlarından biri olan Qremmi mükafatlarının qalibləri elan edilib.
Operativ Media xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Bildirilib ki, Los-Ancelesdəki Crypto.com Arenada keçirilən 68-ci Qremmi Mükafatlarının təqdimetmə mərasimini məşhur komediyaçı Trevor Noah aparıb.
Billi Eilish "İlin Mahnısı" mükafatını "Wildflower" mahnısı ilə, "İlin Rekordu" mükafatını isə Kendrick Lamar və SZA-nın birgə işi olan "Luther", "İlin Albomu" mükafatı isə Bad Bunny-nin "Debi Tirar Mas Fotos" albomuna mükafat verilib.
Olivia Din pop ifaçısına "Ən Yaxşı Yeni Sənətçi" mükafatını qazanıb. Ledi Qaqa isə "Mayhem" albomu ilə diqqət çəkib.
Rep kateqoriyalarında Kendrick Lamar gecənin fərqlənən simalarından olub.