Menyu

İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşları Gürcüstanda saxlanılıb

Operativ Media
İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşları Gürcüstanda saxlanılıb

İnterpolun qırmızı bülleteni ilə xüsusilə ağır cinayətlərə görə axtarışda olan dörd Türkiyə vətəndaşı Batumi və Tbilisidə saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılanlar soyğunçuluq, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, sağlamlığa qəsdən zərər vurma, təhdid, narkotiklə əlaqəli cinayətlər və sənəd saxtakarlığında ittiham olunurlar.

"Bütün saxlanılanlar vətənlərinə ekstradisiya ediləcək", - məlumatda qeyd olunub.


Əlaqəli Xəbərlər