Türkiyədə FETÖ ilə əlaqəli olduğu müəyyən edilən 385 hesaba giriş bloklanıb
Şəfa Hüseynli
Türkiyədə müvafiq qurumlarla koordinasiyalı şəkildə, terror təbliğatı və dezinformasiya yaydığı aşkarlanan FETÖ ilə əlaqəli 385 sosial media hesabına girişi bloklanıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiya və Kommunikasiya Direktoru Burhanəddin Duran sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, Prezident Aparatı tərəfindən aparılan hərtərəfli rəqəmsal monitorinq və təhlil tədqiqatları nəticəsində FETÖ ilə əlaqəli 379 sosial media hesabının müəyyən edilib.