Menyu

Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə görüşəcək

Operativ Media
Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petro ilə Ağ Evdə görüşəcək

ABŞ Prezidenti Donald Tramp fevralın 3-də Ağ Evdə Kolumbiya Prezidenti Qustavo Petro ilə görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə Vaşinqtonda Ağ Evin aparat rəhbərinin cədvəlində məlumat verilib.

Ağ Evin mətbuat xidmətinin yaydığı sənədə əsasən, Donald Tramp Qustavo Petronu Oval Ofisdə qəbul edəcək. Görüş jurnalistlər üçün qapalı keçiriləcək.

Bazar ertəsi günü Qustavo Petro barədə danışan Tramp bildirib: “O, son bir-iki ay ərzində çox mehriban olub. Bundan əvvəl isə, əlbəttə ki, tənqidi mövqedə idi. Lakin nədənsə Venesuelada baş verən basqından sonra onun münasibəti xeyli dəyişdi və daha müsbət oldu”.

ABŞ Prezidenti Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən əlavə edib: “Narkotiklər mövzusunda danışacağıq, çünki Kolumbiyadan ölkəmizə külli miqdarda narkotik qaçaqmalçılığı həyata keçirilir. Onunla görüşməyi səbirsizliklə gözləyirəm. Yaxşı bir görüş olacağına inanıram”.

Əlaqəli Xəbərlər