Ana səhifə / Dünya / Çində körpü uçması nəticəsində beş nəfər ölüb - YENİLƏNİB Çində körpü uçması nəticəsində beş nəfər ölüb - YENİLƏNİB 03.02.2026, 10:03 Operativ Media Çinin Yançenq şəhərində (Ciansu əyaləti) tikilməkdə olan körpü uçub.Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.Bildirilib ki, hadisə nəticəsində beş nəfər ölüb. Körpünün uçmasının səbəbi araşdırılır.***07:44Çinin şərqində yerləşən Ciansu əyalətində körpünün uçması nəticəsində azı iki nəfər həlak olub, üç nəfər itkin düşüb.Operativ Media xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi məlumat yayıb.Məlumata görə, hadisə fevralın 2-də axşam saatlarında Yançenq şəhərində baş verib. Tikintisi davam edən dəmir yolu körpüsü uçub.Hazırda körpünün uçmasına səbəb olan hallar araşdırılır.