Sinqapurda milli kosmik agentlik yaradılacaq
Şəfa Hüseynli
Sinqapur 2035-ci ilə qədər 1,8 trilyon dollara çatacağı gözlənilən qlobal kosmik bazardakı mövqeyini gücləndirmək ümidi ilə Milli Kosmik Agentliyi (NSAS) yaradacaq.
Operativ Media xəbər verir ki, bu barədə "SCMP" məlumat yayıb.
Bildirilib ki, NSAS 2013-cü ildən fəaliyyət göstərən Kosmik Texnologiyalar və Sənaye İdarəsinin funksiyalarını genişləndirəcək və peyk proqramlarının inkişafı, elmi tədqiqatlar və müəssisələrlə əməkdaşlıq üçün vahid mərkəzə çevriləcək.
2022-ci ildən bəri Sinqapur kosmik tədqiqat və inkişafa artıq 200 milyon Sinqapur dollarından çox sərmayə qoyub və agentliyin fəaliyyətə başlaması bu investisiyaların kommersiyalaşdırılmasını sürətləndirməlidir.